Almalı biskvit



Ərzaqlar:



4 ədəd yumurta

1 st şəkər tozu

3/4 st un

1/3 st nişasta

3-4 ədəd alma

1 paket vanil

1 x.q kərə yağı


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.



Şəkər tozunu az-az töküb yenə çalırıq.



Yumurta sarılarını əlavə edib çalırıq.



Un ilə nişastanı qarışdırıb ələyirik. Sonra qarışığa vanili və un qarışığını əlavə edib qarışdırırıq.



Almaları yuyub qabığını soyub nazik dilimləyirik.



Qaba (diametri 26 sm) kağız sərib yağlayırıq. (Falqa ya da kalka kağızı)



Dilimlədiyimiz almaları qaba düzürük. (Zövqə görə istədiyiniz kimi düzə bilərsiniz.)



Almanı düzdükdən sonra xəmiri almanın üstünə töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. (Üzü tamam qızardıqda bişmiş olacaq) Bişmiş biskviti ilıq olanda çevirib qaba qoyuruq.



Tamam soyuduqdan sonra üstünə zövqə görə istəsəniz şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (28 noyabr 2016 17:37)
Salam, diyiniz kimi də edə bilərsiniz.
serane (28 noyabr 2016 14:42)
salam men piroqun altina vurdugunuz kagizin yerine qabi yaglasam yapiwmaz?
ulker (02 iyul 2016 17:44)
salam hormetli resept.az,mumkunse deyerdiz bu reseptde yay almasinnan istifade etmke olarmi?yeni balaca yasil almalardan,onceden tesekkur
Reseptaz (04 fevral 2016 13:56)
salam, olar. amma nisasta daha kovrek edir
Gunel (04 fevral 2016 11:07)
Salam.nisasta olmasa olmaz?
Nurane (02 noyabr 2015 16:24)
Qizartma: badimcan,pomidor,biber,taze rehan
MSM (01 noyabr 2015 14:03)
Kartof nisastasi istifade etmek olar?
Reseptaz (05 may 2015 09:18)
bəli edə bilərsiniz
Lamiya (02 may 2015 21:30)
Xahis edirem, deyerdiz burada qargidali niwastasi istifade etmek olar?
xeyyam (26 oktyabr 2014 15:20)
tezlikle pisirilen sirniyatlar
Reseptaz (17 avqust 2014 18:47)
Bişirənlərə nuş olsun. Buğda nişastasından istifadə olunub.Hər kəsə təşəkkür edirik.
Sekne (25 iyul 2014 11:42)
bu saytdaki insanlara salamlar
Sekne (25 iyul 2014 08:46)
Salam men bu ~ Alma biskivitin~ elememiwem amma yaxinda eleyecem inaniram ki gozel cixar!
Azize (03 iyun 2014 17:36)
salam nisansta kartofmu yoxsa bugda? 2den biri hansini? zehmet olmasa deyin
XATIRE (29 may 2014 17:16)
COX YAXSI RESEPTDIR.yOXLADIM ELA CIXDI.TEWEKKUR EDIREM
elcan isgenderzade (28 may 2014 17:27)
aile
Reseptaz (24 may 2014 09:51)
salam, Samira xanim, qeyd edilmeyenlerde istifade edilmir..
Samira (23 may 2014 09:54)
Cox gozel bu gun sizin receptinizle hazirlamaga calishacam.Bes bu biskvitin receptinde bir de dunenki darcinli biskvitin receptinde kabartma tozu ve ya soda yazilmayib.buna gore tereddud etdim bishirmeye

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.