Beze (Marengi)



Ərzaqlar:



4 ədəd yumurta ağı

1 st şəkər tozu

1 paket vanil


Hazırlanması:

Yumurtaların ağını sarısından ayırırıq.



Ağını tamam köpüklənənə qədər mikserlə çalırıq.



Şəkər tozunu az-az töküb mikserlə bərkiyənə qədər çalırıq.

Vanili də əlavə edib çalırıq.



Qarışığı istəsəniz qaşıqla ya da mətbəxt şprisi ilə qaba yığa bilərsiniz.

Soba qabına kağız sərib şpris vasitəsi ilə qarışığı aralı yığırıq.



100 dərəcədə qızdırılmış sobada 1 saata bişiririk.



Bezemiz hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Elif Kitabzade (19 mart 2017 14:12)
Bəli necə deyirsinizsə elecədə edirəm amma olmur yəni yanır ayrıca o kağızları almıram dukanlatda peçeyne satırlar onların ustünde olur altda da olur elə kağızlardan istifadə edirem düzgündürmu sizce?
Reseptaz (19 mart 2017 09:15)
Bu kağızlar - bişirmə kağızları xüsusi kagızlardır şirniyyat buna yapışmamalıdır. Sobanın dərəcəsi və bişirmə vaxtını reseptdəki kimi edirsiniz?
Elif Kitabzade (18 mart 2017 23:01)
Ayrıca sobada qoyduğumuz kağızları neçə dəfə qoymuşam butun şirinyatlar yapışır kağıza niye ele olur xaiş cavb yazıb gözel Dilber xanım
Elif Kitabzade (18 mart 2017 22:58)
Ayrıca dobada qoyduğumuz kağızları neçə dəfə qoymuşam butun şirinyatlar yapışır kağıza niye ele olur xaiş cavb yazıb gözel Dilber xanım
Elif Kitabzade (18 mart 2017 22:55)
Ağzım sulandı sabah seher bişirecem birde bunun içi köpüklü olur heç yememişem hetda gormemişəm necə bir şeydi yaza bilersiniz
Nana (16 yanvar 2016 12:02)
Biwdiyi middet erzinde qapagi acmaq olar?
melek (12 dekabr 2015 19:20)
Harika
nazli (13 noyabr 2015 12:30)
men defelerle bu reseptle eledim rengi ag cixmir qehveyi olur. cox vaxt da el vuran kimi dagilir. bir saytdan beze resepti yazmisam onu da edecem gorum nece alinir.beledi-4 yumurta, 3-4 st pesok, 1 cimdik duz. mence bunun pesoku coxdur.
Reseptaz (28 yanvar 2015 22:34)
Sobada yüksək dərəcədə çox saxlamısınız yəqin. Təşəkkürlər.
TurkanA (26 yanvar 2015 15:48)
Mende hazirladim dadi yaxwi cixdi gkrnuwu yox ag olmadi kofe rengi oldu nedendir bu xahiw edirem yazarsiniz
Reseptaz (06 dekabr 2014 14:42)
salam.yumurta ağını çalanda bir çimdik duz da atanda ağ tez bərkiyir. Nuş olsun.
gulzar (05 dekabr 2014 23:51)
salam.hə düz deyirsiz mən bərk çalmadım,duru oldu yəgin ona görə alınmadı...amma yenədə cəhd edəcəm hazırlamağa.təşəkkürlər
Reseptaz (04 dekabr 2014 22:11)
Salam. Yeqin bərk çalmırsınız. yumurtadan da asılı olur.təzə ya da köhnə olmağından.
gulzar (04 dekabr 2014 21:27)
məndə diqqətlə hazırladım.sobada şişdi amma teZ bişdi və rəngidə tündləşdi.sobadan çıxaranda şişi yatdı...
nəysə çox pis oldum heç vaxt beze məndə alınmır :(
Reseptaz (19 avqust 2014 08:56)
Salam. Yumurta təzə olanda və soyuducudan çıxaran kimi hazırlayanda yaxşı olur.
lala (31 may 2014 10:31)
Mən də bütün qaydalara riayət edərək hazırladım, ancaq bezenin içi çöküb yapışqan hala gəldi. Heç yemək mümkün olmadı!!!
Reseptaz (01 mart 2014 23:16)
Nush olsun...
Teyyube (12 yanvar 2014 13:49)
tez tez hazirliyiram,coxda sevirem.tshkr!!!
ayla (19 noyabr 2013 21:10)
yumurtani evvelceden soyuducuda cox saxlasaq bezemiz lap yaxsi alinar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.