Fəsəli



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



4 st un

1 st+1/3 st ilıq su

1 ç.q quru maya

1 ç.q duz

Arasına çəkmək üçün:

200-250 q kərə yağı

1/2 ç.q ədava qarışığı(küşniş toxumu, hil, darçın və zəncəfil)

Qızartmaq üçün:

Zeytun ya bitki yağı ya da kərə yağı

Yaymaq üçün:

3-4 x.q un

Üstü üçün:

1 x.q şəkər kirşanı


Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.

Mayanı az ilıq su ilə qarışdırıb 5-10 dəqiqə saxlayırıq köpür.



Unu bir qaba ələyib üstünə duzu səpib içinə mayanı və suyu əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimizlə normal xəmir yoğururuq. Xəmirin üstünü örtüb isti yerdə 2-2,5 saat saxlayırıq acıyır.



Yağı bir qabda əridib ədavaları içinə töküb qarışdırırıq.



Xəmir acıdıqdan sonra onu uzumsov düzəldib 5 yerə bölüb kündəliyirik.





Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.







Yuxanı sərib üstünə yağdan töküb yağlayırıq.(Yuxanı sərib yanlardan dartıb böyüdün. Birinci yuxanı sərdikdə taxtaya yağ vurub ordan-burdan yapışdırın.)



Qalan yuxaları da bu qayda ilə yayıb yağlayırıq.



Yağlanmış yuxaları enli tərəfdən bükürük.



Bir tərəfindən başlayaraq dairəvi şəkildə yenidən bükürük.



Sonra əlimizlə qalınlığı 1 sm-dən nazik diametri 32-34 sm olmaqla yayırıq.Yaydığımız xəmiri çəngəl ilə 10-15 yerdən deşdəkləyirik.



Tavada yağı qızdırıb düzəltdiyimiz xəmiri qoyub hər iki üzünü qızardırıq.

Keçmiş adət ənənələrimizə görə hal hazırda da rayonlarımızda fəsəlini sacda bişirirlər. Sacda fəsəlini bişirdikdə üzünə yağ vuraraq dayanmadan o tərəf bu tərəf çevirib tamam qızaranadək bişirirlər.







Üstünə şəkər kirşanı səpirik. Bəzən də fəsəli bal ilə süfrəyə verilir. Fəsəli isti-isti çox ləzzətli olur.





Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leyla (29 may 2016 22:52)
çox ləzzətli idi
Melek (23 may 2016 15:48)
çox dadlı idi. təşəkkür edirem
Reseptaz (15 mart 2016 22:00)
Nuş olsun.
xanlm (02 iyun 2015 23:14)
Cox dadldl bizim imisli rayonundadà bisiriler
Reseptaz (13 mart 2015 22:09)
Salam. Fəsəlini rayonlar üzrə müxtəlif hazırlayırLar. Təşəkkür edirik.
Benovshe (01 mart 2015 18:00)
feseli bele olmur axi..qatlamayla hec bir ferqi qalmadi...yuxalar burda ust uste duzulmur axi..balaca kundeler edilir..sora o kundeler yayilir burulur rulet kimi sorada uzadib burursan yumru...cengelle deshib ust hissesini qizardirsan..
Reseptaz (25 yanvar 2015 22:05)
Nuş olsun.
aydan (25 yanvar 2015 10:36)
cox beyendim hazirladim
Reseptaz (04 dekabr 2014 22:47)
salam. Çox ləzzətlidir. Siz də hazırlayıb yesəniz xoşunuz gəlıcək. Nuş olsun.
Nermin (30 noyabr 2014 20:08)
Cox sagolun tewekkur edirem dadli feseliye oxwayir)))
Reseptaz (24 noyabr 2014 20:18)
çox sağ olun.
Ulviyyə (21 noyabr 2014 17:28)
Çoox sağolun. məsləhətiniz uçun təşəkkur edirəm..
Reseptaz (14 noyabr 2014 22:08)
Salam. bəlkə bükəndə sıx bükməmisiniz. Ona görə aralanıb.Nuş olsun.
Ulviyyə (14 noyabr 2014 21:13)
Salam.mən bu fəsəlidən bişirdim,amma tavada bişirərkən dağıldı,bir-birindən ayrıldı.Yəni əvvəlki formasını itirdi.buna səbəb nə oldu.?..amma dadı əla idi,dadını hamı bəyəndi..
Reseptaz (05 aprel 2014 23:12)
Nuş olsun.
afa (05 aprel 2014 18:08)
daadli seye oxsayir inndi bisirerdim ancaq 2 saat acimalidir heyif
Reseptaz (25 mart 2014 15:17)
Salam. Təşəkkür edirik.
aska (03 mart 2014 23:04)
lap ürəyim istedi-nənəmin fəsəlisi olaydı indi-ürəyinizə sağlıq!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.