Gəlin boxçası



Ərzaqlar:



Xəmir üçün:

2 yumurta

1 st su

4-4,5 st un

1/3 ç.q duz

İçlik:

2 st çəkilmiş qoz ləpəsi

400 q qaymaq

Yağlamaq üçün:

200 q kərə yağı

Yuxaları yaymaq üçün:

1 st buğda nişastası

Şərbət üçün:

3 st şəkər tozu

1,5 st su

1 dilib limon


Hazırlanması:

İlıq su, duz və yumurtanı qarışdırırıq.



Qarışığın üstünə unu əlavə edib yumşaq xəmir yoğururuq.



Xəmirin üstünə nəm dəsmal sərib 20 dəqiqə saxlayırıq.



Kərə yağını əridirik.



Xəmiri 8 yerə bölüb kündəliyirik.





Bir kündəni götürüb nişasta səpib oxlovla nazik yuxa yayırıq.







Yuxanı yağlayırıq.



3 yuxanı da yayıb yağlayırıq.



4 yuxa olduqda 8x8 sm enində yuxaları kəsirik.



Hər kvadratın ortasına 1 ç.q qaymaq qoyuruq.



Qaymağın üstündən 1 ç.q çəkilmiş qoz tökürük.



Uclarını birləşdirib yanlarını yapışdırıb ortasından uçları bir az açırıq.



Bu şəkildə hamısını düzəldirik. Qabı yağlayıb hazır boxçaları qaba yan-yana yığırıq. Qalan 4 yuxanı da nazik yayıb yağlayıb kəsib içlik qoyub bükürük.



180 dərəcə qızdırılmış sobada qızılı rəngdə qızaranadək bişiririk. (40-45 dəqiqə)

Gəlin boxçası bişənədək şərbətimizi hazırlayırıq.

Şəkər tozunu su ilə qarışdırıb limonu əlavə edib qaynamağa qoyuruq. Qarışdırırıq. Şərbətimiz hazır olanda lomonu içindən çıxardırıq. Şərbət nə çox su kimi nə də çox qatı olmamalıdır.



Bişmiş gəlin boxçasını sobadan çıxarıb üstünə isti şərbəti tökürük.



Şərbəti tamam özünə çəkdikdən sonra çay süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (22 yanvar 2016 09:05)
sizler de sag olun
Memmed (21 yanvar 2016 21:31)
maraqlidi baxiram cox sagolun
Reseptaz (16 yanvar 2016 10:12)
beli tamamile duz qeyd edibsiniz, ekser halda ele olur. ancaq bu resept de isti isti tokurlur.
Nana (15 yanvar 2016 22:59)
Salam resept.az menim fikrim bu werbet meselesinde qaldi.axi siz bawqa bir reseptde yazmisiz ki, werbet isti olanda wirniyyat soyuq olmalidi yada eksine. Ama siz bu reseptde yazmisiz ki, her ikisi isti halda. Xahiw edirem mene deqiq deyin bele elesem bir wey olmaz ki?
fidan (21 iyun 2015 22:46)
Salam bilmek isterdim ki sizin sokaladi eritdiyiniz su hamami nedir?
nezrin (14 mart 2015 20:03)
super lezetli gorsenir
Reseptaz (15 fevral 2015 22:30)
Təşıkkür edirik. Nuş olsun.
DERYA UREK (07 fevral 2015 11:46)
cox beyendim ,ellerinize saqliq.bugun bisirmey isterem ,insallah.sizlerede nus olsun.
Reseptaz (17 noyabr 2014 22:23)
Salam.təşəkkürlər.Nuş olsun.
QARANLIQLAR_CICEYI (10 sentyabr 2014 01:37)
Beyendim cox gozel gornusu var umud edremki dadida ela olar.Insallah mende hazirlayacam
Reseptaz (17 avqust 2014 19:17)
Nuş olsun.
Vusale Adiyeva (02 iyun 2014 12:23)
cox gozel wirniyyatdi men werbetli wirniyyatlar; cooooooooox sevirem tewekkurler
ayla (20 aprel 2014 22:51)
gozel sirniyyatdi.............nus olsun
Reseptaz (28 mart 2014 22:41)
Salam. Nuş olsun.
Savida (22 mart 2014 21:00)
gozel gorunur hazirlayacam tewekkurler
alsu (19 mart 2014 22:36)
tewekkurler
Reseptaz (16 mart 2014 23:02)
Təşəkkür edirik.
GULER (16 mart 2014 22:29)
AYY COX GOZEL GORNUWU VAR

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.