Kəsmikli qozlu piroq



Ərzaqlar:

Xəmir üçün:



200q kərə yağı

1 st şəkər tozu

1 ədəd yumurta

2 x.q kakao

1 paket qabartma tozu

2-2,5 st un

İç üçün:



600 q kəsmik

1 st şəkər tozu

200 q xama

3 ədəd yumurta

3 x.q kartof nişastası

1/2 st qoz ləpəsi

1 ədəd limon

1 paket vanil


Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.

Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.



Yumurtanı əlavə edib qarışdırırıq.



Kakaonu əlavə edib qarışdırırıq.



Qabartma tozunu və unu əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirin 1/3 –ni soyuducunun buzxanasına qoyuruq.



İçliyimizi hazırlayırıq.

Kəsmik ilə yumurtanın sarısını qarışdırırıq.



Xamanı əlavə edib qarışdırırıq.



Şəkər tozunu və vanili əlavə edib qarışdırırıq.



Nişastanı əlavə eidib qarışdırdıqdan sonra limonu sürtgəcdən keçirib qabığını içliyə əlavə edirik.



Yumurtanın ağını mikserlə bərk köpük olanadək çalırıq.



Yumurta ağını az–az töküb ehtiyatla qarışdırırıq. İçliyimiz hazırdır.



Xəmirin 2/3 –sini diametri 26 sm olan qaba yayırıq.



Üstünə hazırladığımız içliyi töküb bərabər yayırıq.



İçliyin üstünə soyuducuda saxladığımız xəmiri sürtgəcdən keçirib tökürük. Qoz ləpəsini doğrayıb üstünə səpirik.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



Piroq ilıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 noyabr 2013 19:02)
tesekkurler, cox dadli bir pirogdur
mehin (17 noyabr 2013 13:20)
men kakaosuz biwirecem
mehin (17 noyabr 2013 13:17)
dadli gorsenir..biwirmek lazimdi
ilahe (16 noyabr 2013 20:56)
Teşekkürler
Reseptaz (15 noyabr 2013 14:09)
Jale xanim, nishasta tokmek lazimdir..
Reseptaz (14 noyabr 2013 20:38)
tesekkurler
jale (14 noyabr 2013 16:53)
chox gozeka cixib elerinize sagliq. kartof niwastasini tokmesek olar?
jale (14 noyabr 2013 16:51)
chox gozeka cixib elerinize sagliq. kartof niwastasini tokmesek olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.