Qozlu kişmişli kiçik kekslər



Ərzaqlar:



200 q xama

75 q kərəyağı

1 st şəkər tozu

2 ədəd yumurta

1,5 st un

1 paket qabartma tozu

50 q kişmiş

50 q qoz ləpəsi

1 ç.q şəkər kirşanı


Hazırlanması:

Kişmişi təmizləyib, yuyub, quruduruq. Qoz ləpəsini xırda doğayırıq.



Yumurtanı şəkər tozu ilə çalırıq.



Kərəyağını əridib ilıq olanda toküb çalırıq.



Xamanı əlavə edib çalırıq.




Unu və qabartma tozunu töküb çalırıq.



Xəmiri balaca qablara tökürük. Üstünə kişmiş ilə qoz səpirik.



180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.



Soyuduqdan sonra zövqə görə üstünə şəkər kirşanı səpirik.




Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nigar (05 noyabr 2015 15:45)
super görsənir
Reseptaz (05 noyabr 2015 14:20)
bu qablarlar boyuk marketlerde olur, sokoladli sufle hazirlayinca yerlestirerik.
Peri (05 noyabr 2015 11:45)
Bu forma qablari hardan tapmag olar? bir de wokaladli sufle resepti yerlewdire bilersiz?
Reseptaz (28 fevral 2015 22:56)
Hansı şirniyyata?
sevil (28 fevral 2015 18:41)
wirniyyata kraxmal ne qeder vurulur ne olar bilen desin mende bilmirem
Reseptaz (23 fevral 2015 21:44)
Nuş olsun.çox sağ olun.
KleSar (23 fevral 2015 21:37)
Cooox sag olun.Etdimm..teessuf wiwire bilmedim ama evdekiler cooox beyendi minnetdaramm
Reseptaz (23 fevral 2015 20:21)
Olar. Nuş olsun.
KleSar (23 fevral 2015 15:56)
Salam her kese.Bu keksi adi tabaqda biwrsek olar?yeni xususi keks qabi olmasa da wiwermi biskivu??
Reseptaz (15 fevral 2015 22:23)
Nuş olsun. Təşıkkürlər.
Vəfa (06 fevral 2015 22:37)
Bu kekslər çox gözəl alınır. Mən hazırlamışam. Uşaqlar çox bəyəndi.
nazli (26 yanvar 2015 15:24)
sirniyyatlar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.