Şaftalı piroqu



Ərzaqlar:

Xəmiri üçün:



200 q kərə yağı

1,5 st un

4/5 st şəkər tozu

4 ədəd yumurta

1 paket qabartma tozu

Arası üçün:

6 ədəd şaftalı

Üstü üçün:



200 q xama

2 x.q şəkər tozu


Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.



Yumurtanı əlavə edib yenə qarışdırırıq.



Qabartma tozunu və unu əlavə edib qarışdırırıq.



Şaftalını yuyub qabığını soyub xırda doğrayırıq.



Diametri 28 sm olan qab götürüb kərə yağı ilə yaxşı yağlayırıq.



Xama ilə şəkər tozunu yaxşı qarışdırırıq.



Xəmiri qaba töküb yayırıq. Üstünə doğradığımız şaftalını tökürük.Onun üstünə də xama qarışığını töküb yayırıq.



170-180 dərəcədə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Soyuq olanda doğrayıb süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
seadet (17 yanvar 2016 14:20)
Salam.indiki mövsümde şaftalını hansi meyve ile evez etmek olar?
Reseptaz (02 sentyabr 2015 23:17)
Nuş olsun.
elnare (10 avqust 2015 00:27)
xama bizim dildedi smetan rus dilinde fidan xanim
fidan (08 avqust 2015 14:53)
Salam bilmek olar bu piroqa xama evezine smetan vurmaq olar xais edirem tezlikle cvb veresiniZ
ulker (03 avqust 2015 23:45)
Ellernize saglig eledim super otesi birsey alindi
Reseptaz (29 iyul 2015 11:11)
nus olsun
Fırengız (28 iyul 2015 15:25)
Ela cıxdı coooox sagolun.
Fırengız (28 iyul 2015 13:00)
Ela gorunur.ındı edırem bunu gorek nece cıxacaq:))
Reseptaz (27 iyul 2015 17:17)
4/5 ile meqsed 5-de 4 demekdir. tam olmayan 1 stekan.
tunzale (27 iyul 2015 16:21)
Mence burda un ve pesokun yeri sehv duwub
Reseptaz (19 avqust 2014 09:02)
Salam. Alma ilə olan piroqlarımız var ondan bişirin. Bunu isə şaftalı ya da ərik ilə bişirə bilərsiniz.Nuş olsun.
xedice (15 avqust 2014 18:25)
wde
Naval (13 may 2014 17:24)
Salam resepte gore cox sagolun .Safdalini alma ile evez etmek olar ???
seide (29 yanvar 2014 19:00)
oxay agzim sulandı

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.