Teşt çörəyi



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



(11-12 ədəd teşt çörəyi alınır)

4 st un

1 ç.q duz

1ç.q maya

1+1/3 st ilıq su

Əlavə 3-4 x.q yuxaları yaymaq üçün un

Aralarını yağlamaq üçün:

125 q kərə yağı

1/3 ç.q ucunda ədava qarışığı(hil, darçın, kişniş toxumu, zəncəfil)

Qızartmaq üçün:

1/2 st quyruq yağı ya da bitki yağı

Üstü üçün:

1 x.q şəkər pudrası


Hazırlanması:

Mayanı 1/3 stəkan ilıq su ilə qarışdırıb 5-10 dəqiqə saxlayırıq köpür.

Unu bir qaba ələyib üstünə duzu səpib ortasına mayanı əlavə edirik.



Suyu da əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimizlə normal xəmir yoğururuq.

Xəmirin üstünü örtüb isti yerdə 2 saat saxlayırıq acıyır.



Yağı bir qabda əridib ədavaları içinə töküb qarışdırırıq.



Xəmir acıdıqdan sonra onu uzumsov düzəldib 6 yerə bölüb kündəliyirik.




Kündənin birini götürüb nazik yuxa yayırıq.






Yuxanı sərib üstünə yağdan töküb yağlayırıq.



Qalan yuxaları da bu qayda ilə yayıb yağlayırıq.



Yağlanmış yuxaları düzbucaqlı formasında bıçaqla kəsirik.




Bir tərəfindən bükürük. Hamısını bu şəkildə düzəldirik.



Sonra dik qoyub az əlimizlə firladıb yayırıq. Diametri 10-12 sm qalınlığı 1 sm olacaq.



Yuxaların hamısını bu şəkildə düzəldirik.



Tavada yağı qızdırıb düzəltdiyimiz xəmiri qoyub hər iki üzünü qızardırıq.




Teşt çörəklərinin hamısını qızardıb bir qaba yığırıq.



Üstünə şəkər kirşanı səpirik.




Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 fevral 2016 22:56)
salam, bolgelerimize gore adlari deyisir ve nisbeten reseptleri de ferqlenir
Jale (05 fevral 2016 21:42)
Bu eyni qatlamadi yoxsa ferqi var?
Reseptaz (22 yanvar 2015 20:41)
6 kündədən yuxa yayıb üst-üstə yaglayıb sonra kəsirik. Nuş olsun.
Ramile (20 yanvar 2015 08:34)
SALAM .MEN BASA DUSMEDIM.10-12 EDED CIXIR TEXMINI? 6 KUNDEDI.HER BIRINI AYRI YAYIB YAGLASAQ , HERESINI DE SEKILDE GORUNDUYU KIMI 5-6 UZUN ZOLAQ KIMI KESSEK ONDA 36 EDED ALINMIR? YOXSA YUXALARI YAYIB UST USTE QOYUB SONRA KESIRIK.ZEHMET OLMASA IZAH EDERDIZ.QARANLIQ QALDI MENE
Reseptaz (04 mart 2014 21:45)
Təşəkkür edirik.
aska (03 mart 2014 23:20)
Əllərinə sağlıq!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.