Alma piroqu 4



Ərzaqlar:


2 ədəd yumurta
1st şəkər tozu
1 st qatıq
1/2 st duru yağ
2 st un
1 paket qabartma tozu
2 ədəd alma
Ç.q ucunda darçın

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalırıq.

Sonra duru yağı töküb çalırıq.

Qatığı əlavə edib çalırıq.

Qabartma tozunu un ilə qarışdırıb tökürük. Mikserlə aşağı sürətlə tam qarışanadək çalırıq.

Diametri 26 sm olan qabı kərə yağı ilə yağlayıb xəmiri tökürük.

Almanın qabığını soyub dilimləyirik və xəmirin üstünə düzürük.


180 dərəcə qızdırılmış sobada hazır olanadək bişiririk. Çöplə yoxlayırıq. Biskviti bişibsə hazır olacaq.


İsti-isti üstünə darçın səpirik.


İlıq olanda qabdan çıxardırıq. Soyuduqdan sonra piroqu kəsib çay süfrəsinə verə bilərsiniz. Arzuya görə piroqun üstünə şəkər kirşanı səpə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 iyul 2016 11:48)
Salam, bəli cem də vura bilərsiniz
nuray samirə (13 iyul 2016 22:21)
dadlıdır.bunun üzərinə alma cemi qışda vururuq.
Gulnar2013 (10 aprel 2016 18:12)
almalar yaxsi pisir?k7ym77
Reseptaz (18 fevral 2016 18:37)
nus olsun
Aysel (18 fevral 2016 14:35)
Cox sag olun xanim resseptlerinize gore bu pirog mende super alindi bir necedefe elemiwem hammi beyenir duzdu darcin tokmurem darcinsiz edirem ela alinir
Reseptaz (03 sentyabr 2015 12:06)
boyuk marketlerde olur
Ayka (03 sentyabr 2015 09:54)
26 smlik qabi haradan taba bilerem?
Reseptaz (02 sentyabr 2015 23:05)
Onda qabartma tozu istifadə edin. Zebra keksi sayıtımızda var. Nuş olsun.
aysel (24 avqust 2015 13:55)
xais edirem zebrali keksin resseptini qoya bilersiz
nura (08 iyul 2015 14:54)
xaıs edırem yazın da nece edımkı bıskvıtden soda ıyısı gelmesın.ne etsemde sodanın ıyısı gelır
Reseptaz (16 iyun 2015 09:31)
nus olsun
Fidan (14 iyun 2015 21:36)
chox dadli idi .teshekkur..
Mesmehuseynova (03 iyun 2015 16:10)
Men indi bisirdim nece alinacaq goresen

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.