Böyürtkənli çizkek




Ərzaqlar:

1.5 paket qurabiyə (petit beurre)
150 q yumşaq kərə yağı
400 q labinə pendiri
3 ədəd yumurta
1 paket krem qaymaq(200 q)
1/2 st şəkər tozu
1 x.q un
1 x.q nişasta
1 paket vanil
Üstü üçün böyürtkən mürəbbəsi

Hazırlanması:
Qurabiyəni əzib toz halına salırıq.



Yumşaq kərə yağı ilə əlimizlə qarışdırırıq.



Diametri 26 sm olan qabı yağlayıb qarışığı tökürük. Yan hissədən 2 sm çıxmaqla yayıb düzəldirik. Qoyuruq soyuducuya.



Sonra dərin bir qab götürüb içinə labinə pendirini tökürük.
Şəkər tozunu və vanili əlavə edib tam qarışanadək mikserlə çalırıq.



Sonra krem qaymağı əlavə edib çalırıq.



Yumurtaları əlavə edib çalırıq.



Unu və nuşastanı əlavə edib çalırıq.



Qabı soyuducudan çıxarıb içliyi töküb yayırıq.



160-170 dərəcə qızdırılmış sobada bir saata bişiririk. Üzü az qızarır.



Sonara sobadan çıxarıb qoyuruq soyuyur. Qabdan çıxarıb tam soyumasını gözləyirik.
Soyuducuya qoyuruq soyuyur. Sonra soyuducudan çıxarıb üstünə böyürtkən mürəbbəsini tökürük.



2 saat soyuducuda qaldıqdan sonra çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (09 noyabr 2016 09:47)
Bəli 200ml qaymaqlar
hemayil (08 noyabr 2016 14:49)
bagislayin qaymaq krem nedir? adi qaymaq?
Reseptaz (18 may 2016 17:03)
ona bənzər mürəbbələrdən tökə bilərsiniz. malina vs. kimi
aynura (18 may 2016 16:25)
böyürtken mürebbesi evde yoxdu başqa ne töke bilerem üstüne??
NUR (20 fevral 2016 00:20)
Cox sag olun.Gözleyecem sebrsizlikle
Reseptaz (19 fevral 2016 09:09)
cox sag olun, onu da hazirlayanda paylasaram inshş
NUR (18 fevral 2016 21:05)
Tesekkurler.
bir de çox xais mene sürhullünun resepti lazimdi
Reseptaz (18 fevral 2016 18:37)
salam, labne butun marketlerde var
NUR (18 fevral 2016 13:47)
Elaaaa.men bu labne ve lor pendiri hardan tapa bilerem?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.