Bulka - 4



Ərzaqlar:

(35-40 bulka alınır)


200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta(2 sarısı üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya1 paket vanilAparanadək un2 x.q duru yağ(bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik.(Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz.)Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük.Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.
Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik.Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.(Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.
Xəmir 1-1,5 saata acıyacaq.


Xəmirdən balaca kündələr düzəldirik.

Soba qabına kağız qoyub kündələri qoyuruq.
Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq (Ona görə saxlanılır ki, kündələr şişməlidir)

Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 sentyabr 2017 20:14)
Salam, yox tez maya birdəfəlik kiçik paketlerde olur və üzərinə də elə tez maya yazılır.
Nur (13 sentyabr 2017 18:40)
salam. tez maya adi maya deyil hə? mən adi maya vurdum başqa şirniyyat oldu)))) bulku oımadı ))
Gulya (18 avqust 2016 09:46)
Zehmet deyilse etraflı yazın
Gulya (18 avqust 2016 09:45)
yazmısızki bu hefteden olacaq yeni reseptler hefte bitir amma yoxdu.ne sebebe?
Gulya (18 avqust 2016 09:43)
niye yeni resept paylaşmırsız neçe vaxtı?sebeb nedi?
Gulya (18 avqust 2016 09:42)
xanım deqiq ne vaxt olacaq yeni reseptleriniz men sebirsizlikle gözdüyürem
Reseptaz (18 avqust 2016 09:26)
Təşəkkür edirəm.
gulya (17 avqust 2016 11:36)
mən sizin çoxdanki istifadeçinizem hemişe sizin reseptlerinizi götürb istifade edirem
gulya (17 avqust 2016 11:33)
teşekkür çox sağolun xanın minetdaram sualımı cavablandırdığınıza görede
Reseptaz (17 avqust 2016 10:51)
Gulya xanım diqqıtiniz üçün təşəkkür edirəm. İnş. bu həftədən yeni reseptlərimiz olacaq
gulya (16 avqust 2016 13:27)
ne vaxt olacaq yeni resptler?
gulya (16 avqust 2016 13:26)
salam necesiniz?niye yeni reseptler paylaşmərsınız?
Reseptaz (16 avqust 2016 11:49)
Çox sağ olun
firi (16 avqust 2016 09:47)
bu saytdan bir cox resepti istifade etmiwem cox gozel alinib tewekkurler)))
Reseptaz (26 aprel 2016 15:04)
Salam, 10 qramliq paketlərdə olur ve üstünə tez maya ve yazır.
Nigar (26 aprel 2016 15:01)
Salam xanım.Men balaca paketde maya almışam.Amma üstünde tez maya yox,sadece olaraq maya yazılıb..Siz de ondan istifade etmisiniz?(Şekilde qoyduğunuz kimidir)
gunay (01 aprel 2016 22:25)
Hemise bu reseptle elemisem qeseng alunub.bu defe eledim xemir aciyub qeseng.ama txofkaya qoydum bismeye sismedi.niye?
nihan (16 fevral 2016 18:03)
salam xanim) bunun terkibine kismis qatib bisirmek olar?
Aysel (14 fevral 2016 13:36)
Salam xanim men aizin reseptnen paxlava eledi ancaq quru alindi neden olar xaiw edirem deyerdizde???
Reseptaz (13 fevral 2016 22:44)
salam, xemir olmaz narahat olmayin, tez maya marketlerde var, 10 qramliq paketlerdir.
Aysel (13 fevral 2016 20:38)
Xanim men bu ressptle elesem bele alinar ici xemir qalmaz ki?Cox xaiw edirem deyerdiz tez maya nedir adi maya qata bilerem?birde xanim wirniyyatlarcun en yaxwi un hansi undur??sag olun
Reseptaz (13 fevral 2016 20:11)
cox sag olun, tesekkur edirem
Aysel (13 fevral 2016 18:58)
Coox gozel reßeptlerniz var sizin bildiklernizin yarsini bilseydim ne olar xanim sizinle elaqe saxlamaq isterdim tel nomrenizi verinde mene
Nərgiz (26 noyabr 2015 12:03)
Bişirilməsi asandır cox sag olun
aysel (13 noyabr 2015 14:33)
saqolun super -_- :D

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.