Çiçək qurabiyə



Ərzaqlar:



150 q kərə yağı
1 st şəkər pudrası
1 ədəd yumurta
1/2 st duru yağ (qarğıdalı yağı)
1 paket vanil
3 st un
2 x.q kakao
Üzünə fındıq ləpəsi

Hazırlanması:

Yumşaq kərə yağını, duru yağı, vanili və pudra şəkərini töküb qarışdırırıq.





Yumurtanı əlavə edib çalırıq.





Az-az unu töküb qarışdırırıq.



Xəmiri iki yerə bölürük. Birinə kakaonu əlavə edirik.



Sonra əlimiz ilə hər ikisini yumşaq xəmir düzəldirik.



Xəmirdən balaca kündələr düzəldib yayıb iki yerə bölürük.







Hər iki xəmirdən hazırladığımız yarımdairələri üst-üstə qoyub şəkildəki kimi gül formasında düzəldirik.



Soba qabına kalka kağızı sərib yığırıq. Ortasına fındıq ləpəsi qoyuruq.



180 dərəcə qızmış sobada 15 dəqiqəyə bişiririk.







Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.