Kəsmikli gül qurabiyə




Ərzaqlar:



Xəmir üçün:
400 q pəhriz kəsmik
200 q kərə yağı
3 st un
1 paket vanil
1 paket qabartma tozu

Üstü üçün:
1/2 st şəkər tozu
1 ədəd yumurta
Yaydıqda xəmirin altına səpmək üçün 2 x.q un

Hazırlanması:

Un, vanil, qabartma tozu və yumşaq kərə yağını dərin bir qaba töküb əlimiz ilə ovuruq.



Sonra üstünə kəsmiyi əlavə edib xəmiri düzəldirik.



Tam qarışıb həll olanadək yoğururuq.



Xəmirin altına un səpib qalınlığı 1 sm olmaqla yayırıq.
Stəkanın ağzı ilə kəsirik.



Bıçaqla altı bərabər yerə kəsirik. Şəkildəki kimi gül formasında bükürük.





Hamısını bu şəkildə hazırlayırıq. Sonra yumurtaya batırdıqdan sonra şəkər tozuna batırıb soba qabına düzürük.




210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
bahar (17 noyabr 2016 13:39)
gozel s
gulnarim2013 (23 sentyabr 2016 21:25)
o qeder cixirsa yaxsidi,hazirlayib yazariq insallah
Reseptaz (22 sentyabr 2016 12:46)
Salam, texminen 30-35 eded
gulnarim2013 (21 sentyabr 2016 14:54)
salam,gozel gorsenir,texminen ne qeder cixir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.