Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; sql_db has a deprecated constructor in /home/parviz/public_html/functions/mysql_i.php on line 6 Warning: Use of undefined constant _DAXILOL - assumed '_DAXILOL' (this will throw an Error in a future version of PHP) in /home/parviz/public_html/header.php on line 31 Limonlu xamalı keks

Limonlu xamalı keks




Ərzaqlar:



3 ədəd yumurta
200 q Prostokvaşino xama
1 ədəd limon
1,5 st şəkər tozu
1/2 st duru yağ
2,5 st un
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Şəkər tozu ilə yumurtanı mikserlə ağaranadək çalırıq.



Duru yağı əlavə edib tam qarışanadək çalırıq. Arxasınca xamanı əlavə edib çalırıq.



Limonu sürtgəcdən keçirib qabığını tökürük. Sonra sıxıb suyunu da əlavə edirik.
Mikserlə tam qarışanadək çalırıq.



Vanili, qabartma tozunu töküb çalırıq, sona unu əlavə edib tam qarışanadək çalırıq.



Xəmiri qablara tökürük.



170-180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk.



Zövqə görə istəsəniz üstünə soyuyandan sonar şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (12 aprel 2016 09:32)
Salam, mən 15% xama işlədirəm.
Rahilə (11 aprel 2016 20:54)
Mən bişirdim,amma yaxşı şişmədi,nədən?yazılan kimi elədim.
Rahilə (11 aprel 2016 18:50)
Zəhmət olmasa xama neçə faizli? çünki 15və 25 faizli var.
Derya (10 aprel 2016 16:07)
Super gorsenir
behiwte zehra (07 aprel 2016 23:48)
Salam xanim tort ucun bezi biskivitlere kraxmal elave etmisiz,ama bezilerinde kraxmal yoxdu,sualim budki kraxmalsz biskivitin karaxmalli biskivtden ferqi nedi ?hansi daha yaxwidi ,xaiw edrem sualima cavab yazasiniz ,sizin sayti cox beyenirem ve tanwlarmada evdar xanmlarada meslehed edrem,yaxwki varsinz Allah sizi var elesin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.