Sütlaç


Türk mətbəxi

Ərzaqlar:


(4 nəfərlik)
5 st süd
1 st şəkər tozu
1/2 st düyü
2 x.q nişasta(qarğıdalı ya da buğda)
1 paket vanil
2 st su

Hazırlanması:

Düyünü təmizləyib yuyub suda bişiririk.

Suyu çəkilənə yaxın südü əlavə edirik. Süddən 2/3 st saxlayırıq.


Ocaqdakı südü dayanmadan qarışdırırıq.Sonra südü qaynamağa başlayanda şəkər tozunu və vanili əlavə edirik.5-10 dəqiqə qarışdıraraq bişiririk.2/3 st südü nişasta ilə tam açılanadək çalırıq.

Nişastalı südü yavaş - yavaş qazana əlavə edib dayanmadan qarışdırırıq.5-10 dəqiqə bişirib götürürük.

Qablara töküb soba qabına qoyuruq. Soba qabına qabların ortasına çıxana qədər soyuq su tökürük.

200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.Sobadan çıxarılmış sutlaçları soyuduqdan sonra süfrəyə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Angel (28 noyabr 2017 12:18)
Salam bildiyim qeder sutlacin bawqa reseptide var onu soruwurdum burda yazilandan bawqa
Reseptaz (28 noyabr 2017 10:18)
Salam,
bu resept elə sobada hazırlanır. Sualı tam başa düşə bilmədim.
Angel (28 noyabr 2017 09:43)
Resept az ne oldu cavab gozluyurem sizden cox xaiw edirem
Angel (28 noyabr 2017 01:05)
Resept az xaiw edirem sizden sütlaçın sobada yeni tuxovkada hazırlanan reseptini deyerdizde
Reseptaz (19 dekabr 2015 16:47)
http://resept.az/Irevan-ketesi-7683.html
elhem (19 dekabr 2015 15:04)
irevan ketesinin hazirlanmasi qaydasini gostere bilerdinizmi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.