Zebra keksi 4



Ərzaqlar:



1 st qatıq
1 st şəkər tozu
3 ədəd yumurta
3 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
2 st un

Hazırlanması:


Yumurtanı bir qaba töküb ağaranadək çalırıq.



Sonra üstünə şəkər tozunu əlavə edib tam qarışanadək çalırıq.



Qatığı əlavə edib çalırıq.



Sonra qabartma tozunu, vanili və unu əlavə edib çalırıq.
Xəmiri iki yerə bölüb birinə kakaonu töküb çalırıq.





Diametri 26 sm olan qaba kağız sərib sıra ilə hər iki xəmirdən iki qaşıq tökürük.







180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Tam bişməsinə əmin olmaq üçün çöplə yoxlayırıq.



Soyuduqdan sonra kəsib çay süfrəsinə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
siyah inci (27 oktyabr 2017 23:13)
salam xanim bu zebra keksi mende hec cure alimir her bir icliyi duzgun vururam amma biwdikden sonra icliyi zebra icliyi kimi cixmir boyuk xorek qasigi ile tokurem sira sira ag qara amma alinmir cvb yazin sagolun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: [email protected] adresinə müraciət edin.